Snekinq bütün dünyada xüsusi populyarlıq qazanmağa başlayır. Bəs snekinq nədir? Bu, sadəcə qəlyanaltı etmək üçün məhsul kateqoriyası (sneklər) deyil, həm də dadlı, balanslaşdırılmış qidalanmaq və qida qəbulundan ləzzət almaq istəyini özündə birləşdirən bir məhsul seçimi yanaşmasıdır.1
Anlaqlı qidalanmaq nə və necə yediyinizə fokuslanmaq deməkdir. Bu, məhz nə yemək ist ədiyinizi, niyə yediyinizi və bu zaman özünüzü necə hiss etdiyinizi anlayaraq seçim etmək deməkdir.
Anlaqlı qidalanmanın üstünlükləri
Diqqətin cəmləşdirilməsi yeməkdən maksimal həzz almağa kömək edir.
Anlaqlı qidalanma praktikası hər gün, hər yerdə və hər kəs tərəfindən tətbiq edilə bilər. Gələn dəfə qəlyanaltı etmək istəsəniz özünüzə üç sual verin.
Mən niyə qəlyanaltı etmək istəyirəm?
Mən niyə qəlyanaltı etmək istəyirəm?
- Mənə enerji lazım olduğu üçün ya ac olduğum üçün qəlyanaltı edirəm?
- Qəlyanaltı gün ərzində fasilə etmək üçün səbəbdirmi?
- Qəlyanaltı etmək qərarını siz vermisiniz ya tanışlarınızın dəvəti ilə belə qərara gəlmisiniz?
- Özünüzü dadlı bir şeylə sevindirmək istəyirsiniz?
Nəyə görə qəlyanaltı etmək istədiyiniz haqqında suala verdiyiniz cavab sizə hazırda öz tələbatınızı qarşılamaq üçün seçim etməyə kömək edəcək.
Mən nə yemək istəyirəm?
Mən nə yemək istəyirəm?
- Şirin ya duzlu?
- Yumşaq ya xırçıldayan?
- İsti ya soyuq?
Nə yemək haqqında qərar verdikdən sonra yeməyi porsiyalara ayırın və hər tikədən maksimal həzz almaq üçün fikrinizi yayındırmamağa çalışın. Yavaş-yavaş yeyin, doyduğunuzu vaxtında anlamaq üçün hərdən pauzalar edin.
Yeməkdən necə maksimal həzz ala bilərəm?
Yeməkdən necə maksimal həzz ala bilərəm?
Bütün hissiyyat orqanlarından istifadə edin. Hər tikədən tam zövq almaq üçün fikrinizi yeməyin qoxusunda, dadında, teksturasında, forma və rəngində cəmləşdirin. Hərdən özünüzə sual verin ki, xoşunuza gəlir ya artıq doymusunuz.
Elm sübut edib ki, anlaqlı qidalanma sayəsində:
- Qida məhsullarını anlayaraq və düşünərək seçdiyinizə görə yemək yeməyə daha pozitiv yanaşırsınız.2
- Bütün hissiyyat orqanlarından siqnal almağa öyrəndiyinizə görə həyatdan böyük zövq alırsınız.3
- Aclıq siqnalına və toxluq hissinə diqqət nəticəsində daha balanslı şəkildə qidalanırsınız, artıq yemə ehtimalı aşağı olur.4

İNSANLARI DÜZGÜN SNEKİNQƏ RUHLANDIRIRIQ
"Mondelēz International" şirkəti istehlakçılara sevimli məhsullarından daha çox zövq almağa kömək etməyə çalışır.
"Ağlabatan porsiya" proqramımızı işləyib hazırlamaq və təsdiq etmək üçün biz qidalanma və davranış psixologiyası sahəsindəki ekspertlərlə məsləhətləşmələr aparmışıq.
Biz porsiya qablaşdırmasında və ya «Ağlabatan porsiya» xüsusi etiketi ilə məhsul portfoliosunun 100%-ə yaxınlaşmağı qarşımıza məqsəd qoymuşuq.5




Anlaqlı qidalanma haqqında məlumat
Doktor Syuzan Albersin anlaqlı qidalanma haqqında məsləhətlərinə baxın